Bir neçə həftə davam edən etirazlardan sonra Bolqarıstan hökuməti tam tərkibdə istefaya gedib. Bu barədə koalisiya iclasından sonra baş nazir Rosen Jelyazkov məlumat verib.
Etirazlara səbəb hökumətin 2026-cı il üçün büdcə layihəsi olub. Müxalifətə görə, bu layihə ölkədə geniş yayılmış korrupsiyanı gizlətməyə xidmət edirdi. Hökumət büdcə layihəsini geri çağırsa da, etirazlar səngiməyib — təkcə dünən ölkə üzrə on minlərlə insan yenidən küçələrə çıxıb.
Hökumət son ana qədər istefaya getməkdən imtina edirdi: bu gün parlamentdə artıq il ərzində altıncı dəfə etimadsızlıq səsverməsi keçirilməli idi. Lakin Jelyazkov səsverməyə bir neçə dəqiqə qalmış hökumətin buraxıldığını elan edib.
Beləliklə, hökumət bir ildən az fəaliyyət göstərib və Bolqarıstan növbədənkənar parlament seçkiləri keçirməli olacaq.
visiontv.az