“Külək oğurlayan ulduz”
28.09.2026

NASA-nın 18 sentyabr 2026-cı il açıqlamasına görə, XRISM ilk dəfə nəhəng ulduzdan çıxan ulduz küləyinin kompakt obyektə doğru axaraq tutulduğuna dair bu qədər aydın birbaşa spektroskopik dəlil əldə edilib

Söhbət BP Crucis sistemindən gedir: təxminən 13 min işıq ili uzaqda yerləşən sistemdə 40 Günəş kütləsi olan mavi hipernəhəng Wray 977 və cəmi təxminən 20 km diametrli neytron ulduzu/pulsar GX 301-2 var.

Ən maraqlısı budur ki, pulsar ulduzun “küləyini” sadəcə təsadüfən keçmir — öz cazibəsi ilə həmin maddənin bir hissəsini tutur. Maddə neytron ulduzuna doğru sürətlə düşərkən qızır və güclü rentgen şüalanması yaradır. XRISM isə dəmir atomlarının rentgen spektrindəki izlərini ölçərək qazın təxminən 540 min km/saat sürətlə pulsara doğru hərəkət etdiyini müəyyən edib.

Astranomiya

visiontv.az