Pandemiya ilə əlaqədar görülən tədbirlərin biznesə mənfi təsirlərinin aradan qaldırılması üçün dövlət sahibkarlara dəstəyini davam etdirir.
Visiontv.az xəbər verir ki, iqtisad üzrə fəlsəfə doktoru, ekspert Xalid Kərimli qeyd edib ki, dövlətin sahibkarlığa dəstəyini bir neçə istiqamət üzrə qiymətləndirmək mümkündür:
Kreditlərin verilməsində şəffaflıq və operativliyin təmin edilməsi məqsədilə yaradılmış elektron platforma da (https://e-edf.gov.az/) nəzərdə tutulmuş dəstək paketinin effektiv reallaşdırılmasına imkan verəcəkdir. Elektron portalın əsas üstünlüyü odur ki, operativliyi və şəffaflığı təmin edir, həmçinin tərəflərin izlənməsinə şərait yaradır. Elektron Kredit platformasının əsas üç istiqamətdə-şəffaflıq, operativ xərclərin aşağı salınması və nəzarət tədbirlərinin genişləndirilməsi kimi üstünlüyü vardır.