Koronavirusun daha bir əlaməti üzə çıxdı — Diqqətli olun!
09.04.2020

Aparılan araşdırmalar koronavirusun daha bir simptomunu üzə çıxarıb.


VisionTv.az  "Ölkə.Az"a istinadən xəbər verir ki, fransalı dermotoloqlar bu dəhşətli virusun dəridə yaratdığı əlamətləri aşkar ediblər. Belə ki, onlar koronavirusa yoluxanlarda övrəyə bənzər səpkilər tapıblar.

Bunu müşahidə edən 400-dən çox mütəxəssis yaraların bəzi hallarda ağrılı olduğunu da qeyd ediblər.
Hələlik bu səpkilərin mənşəyini müəyyən etmək mümkün olmayıb. Alimlərin fikrincə, səpkilər orqanizmə düşən infeksiyadan əmələ gəlir.

Onlar insanları dəridə əmələ gələn yaralara diqqət yetirməyə çağırıb.