Kitab yazanın dərdi nədir, məsələsi nədir və əsas olan Kitab nə üçündür?
04.07.2023

Bakubook da idim,gəzdim, kitabların üzlərinə yenidən nəzər saldım. Kitablar sistemləşib, hər kitab bir şeyi tanıtmağa çalışır. Dindəki kitablarla, fəlsəfədəki kitab eynidir. Tarixdəki kitabla coğrafiyadakı kitab eynidir, bu böyük mərkəzdə hər kitab Bir kitabıdır.

Bədənin kitabıdır.

Kitab nədir?

Gəzdiyim şəhərdərdə ilk kitab dükanlarına gedərəm,o şəhəri kitabına görə tanımağa çalışaram.

Kitablar yazılır, yazılıb, yazılacaq.

Kitab yazanın dərdi nədir, məsələsi nədir və əsas olan Kitab nə üçündür?

Kitab oxumaq üçündürmü, kitab məlumat almaq üçündürmü, kitab tanımaq üçündürmü, sonrası çoxdur,

Kitab əsas olaraq bilmədir, bilməni bilmədir.

Sonra o sonralar gələr.

Bilmə nədir?

Bilmə Elmdir.

Elm kitaba möhtacdir, kitabsız elm dedim, dedidir.

Elm nədir?

Mahiyyət olaraqmı baxacağıq elmə, yoxsa həqiqət axtarmaq olarıqmı?

Elm Birdir, iki deyil, üç deyil, elmin nə demokratikliyi var, nə də liberallığı var. Elm bu budur sualına cavabdır. Sualın ortadan qalxması və yeni sualın cavabları üçün çalışmaq Elmdır.

Bu budur da üç tərkib var,amma nəticə Bir olur, Bir də tərkibləşir.

Əşya, şey, o bu təsdiqin hökmünü verəndir.

Onun buya dönməsidir və Adının müəyyən olunmasıdır.

Bizə Bədənin kitablarını oxudan din, tarix, fəlsəfə, fizik kitabları o zaman bizdən nə istəyirlər?

Kitab yazan, kitab satanın istəyi nədir?

Kitab yazan da, satan da Bir şey uğrunda çalışar,

Məhsulumu satacaq Adamı özümkü edim.

Bağlayım, əsir edim, təslim alım.

Sonrası asandır.

Bu gün kitablaşan dünyada ən təhlükəli məsələ kitab oxutmaq istəyənlərin dərdidir.

Elm nəzəriyyə üzərində qurular, sonra tətbiqinə keçid alar.

Bu gün əsas dərd nəzərin və nəzəriyyələrin kitablaşmaq dərdidir.

Kitablar saxta və süni teorilerin kitablaşmasıdır, Elmlə əlaqəsi yoxdur.

Elm isə durduğu yerdə hələ ki, nəzəriyyəsini nə kəşf edə bilir, nə icad edə bilir, nə də tanıya bilir,sadəcə oyunun içində susğunluğdadır.

Yazıb oxuma dünyaya savadlı şey gətirdi,

İndi bu savadlı şeylərin iddiası ilə dünya nə edəcəyini müəyyən etməyib,

Sistemlər çöküb, digital dünya sistemləşıb,

Həyat sistemsızləşıb.

Həyatın sistemi çökdüyü dünyada İkilər hakimliyini qorumağa çalışar,

İkilərin məsələsi Birin tapılması ilə ortadan qalxacaq.

Hələ ki,0 la 1 arasındakı İkiləşmənin hökmündəyik. Hər şeyi sistemləşdirən Savadlı sistemsizlik içindədır.

Qəliz məsələ deyil, ola bilsin ki, məsələni həll etməyə çalışmadım, göstərməyə çalışdığım üçün işin içində qaldım.

İşin içindən çıxmaq üçün isə kitablaşan marketdən çıxdım

Çayımı içirəm.

Bu qədərə gücüm çatdı.

İdris Heydərli

visiontv.az