5.08.2020
Axtar
Gündəlik
alt

STATUS: Keyfiyyətsiz və rüşvətxor təhsil sistemi onları savadsız həkim kimi yetişdirir-jurnalist Qadir İbrahimli

Türkiyənin ən reytinqli universitetlərində əcnəbi tələləbələrə qarşı təhsil haqqı ildə 10 min lirəyə yaxındır - təxminən 2500 manat (söhbət dövlət universitetlərindən gedir). Türkiyə reytinqində 100-cü sırada dayanan universitetdə belə tibbi təhsilin keyfiyyəti bizim Tibb Universitetindən ən azı bir neçə dəfə yüksəkdir. Çünki Türkiyə universitetlərində istisnasız olaraq rüşvət, kimin oğlu, bacısı oğlu olması rol oynamır - həkim olmaq istəyirsənsə oxumalısan...

Bununla belə, bizim Tibb Universitetində illik təhsil haqqı 5500 manatdır - tədris rüşvət-tanışlıq da öz yerində. Tibb universitetinin həkim yetişdirən müəllimləri (istisnalar var) hətta qarınları ağrayanda belə Türkiyə, İsrail və Avropaya qaçır. Çünki bilirlər ki, yetişdirdikləri savadsız həkimlər yanlış qərar verə bilər. Tələbələri qınamıram. İstedadlı uşaqlardır – 600-da yuxarı bal toplayıblar. Ancaq keyfiyyətsiz və rüşvətxor təhsil sistemi onları savadsız həkim kimi yetişdirir. Son nəticədə Azərbaycan xəstəxanaları daha çox qəssabxanaları xatırladır - sağ ayağın əvəzinə sol ayağı kəsirlər...
 Azərbaycan hökuməti səhiyyə sistemində islahat aparmaq istəyirsə Türkiyə və Avropada təhsil almış gəncləri ölkəyə dəvət etməlidir - sağ ayağın əvəzinə sol ayağı kəsənlərlə islahat aparmaq qaranlıq otaqda qara pişik tutmaq qədər axmaq məşğuliyyətdir.
 Araşdırmaq imkanı olsa, böyük ehtimalla bu gün koronavirusla mübarizəyə kömək üçün ölkəyə dəvət olunan türkiyəli həkimlər Türkiyənin reytinqində 30-40-cı yerlərində qərarlaşan universitetlərinin məzunlarıdır. O universitetlərdə əcnəbi tələbələr üçün illik təhsil haqqı 600-1500 manat arasında dəyişir (öz vətəndaşlarına isə simvolik məbləğlərdir). Həmin məzunlar gəliblər ildə 5500 manat ödəyib həkim olanlara dərs keçməyə...

Şərh