Ərdəbilə hücum: 5 SEPAH üzvü öldü, 1 nəfər yaralandı
07.04.2026

SEPAH-ın Ərdəbil vilayəti üzrə ictimaiyyətlə əlaqələr bölməsi Muğan düzündə baş verən hücumlar nəticəsində 5 nəfərin öldüyünü, 1 nəfərin isə yaralandığını açıqlayıb.

SEPAH-a yaxın olan “Tasnim” agentliyinin yazdığına görə, Ərdəbil vilayəti üzrə SEPAH-ın ictimaiyyətlə əlaqələr bölməsi bildirib ki, Germi və Parsabad bölgələrindəki SEPAH komandirlərinin təsdiqlədiyi məlumatlara əsasən, hücumlar zamanı indiyədək 5 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.

Məlumatda ölənlərin adları belə açıqlanıb: SEPAH üzvləri “Abbas Əşrəfi, Əli Məliki, Hadi Babayi və Omid Şahin-fər” və bir çağırışçı əsgər “Seyid Mehdi Fətihi”.

visiontv.az