Kafe və restoranlar bu tarixdə açıla bilər
08.08.2020

"Hazırda növbəti həftədə, 17 avqust ərəfəsində kafe və restoranların açıq hissəsində fəaliyyətinin bərpa olunması müzakirə olunur".

Visiontv.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.

O əlavə edib ki, bu barədə hələlik qərar verilməyib, amma bu məsələ növbəti atılacaq addımların siyahısındadır.