İT və Marketinq: Ayrılmaz Koalisiya, Gələcəyin Mühərriki!
27.07.2025

Keçmişin sərhədlərini aşan sinerji

Əvvəllər İT (İnformasiya Texnologiyaları) sadəcə “serverlər, kompüterlər və şəbəkə kabelləri” kimi başa düşülürdü. Marketinq isə “reklam elə, billboard yapışdır, qiymət endir” səviyyəsində idi. Amma indi? Bu iki sahə ayrılmaz bir cütlük kimi brendin beynini və ruhunu formalaşdırır.

Azərbaycanda bu iki sahənin birləşməsi

Azərbaycanda rəqəmsal transformasiya tədricən, lakin güclü bir dalğa ilə irəliləyir. Dövlət sektorunda ASAN xidmət modeli, özəl sektorda isə rəqəmsal agentliklərin yüksəlişi bu sinerjinin bariz nümunəsidir.

Şirkətlər artıq başa düşür ki, marketinq kampaniyası CRM və Data analizsiz — kor atəş kimidir. Eləcə də IT sistemi UX/UI düşüncəsi və SEO optimizasiyası olmadan — əksər hallarda boşa sərf olunur.

Misal üçün:

  • Bir e-commerce saytı həm sürətli olmalı (İT), həm də Google-da görünməlidir (Marketinq).
  • Bir reklam kampaniyası həm kreativ olmalı (Marketinq), həm də düzgün ciblərə yönəlməlidir (İT əsaslı hədəfləmə).

Bərabər işləmə funksiyaları: Tək komanda, fərqli rollar

Bu iki sahə bir masa ətrafında oturanda:

  • İT departamenti kampaniyanın texniki infrastrukturunu qurur (API inteqrasiyalar, landing page, chatbotlar).
  • Marketinq komandası isə o texniki qurğunun ruhuna nəfəs verir – kontentlə, mesajla, vizuallarla.

Ən ideal model:

İT “nə mümkündür?” deyir,
Marketinq “nə lazımdır?” deyir.
Birlikdə isə “nə effektivdir?” qərarına gəlirlər.

Səkinə xanım sizin kimi bir mütəxəssisin işində bu necə əks olunur?

Mən həm IT, həm də marketinq mütəxəssisiyəm— bu, sadəcə nadir bir bacarıq deyil, bu strateji üstünlükdür.

Mənim üstünlüklərim:

  • Marketinq düşüncəli IT layihələri: Hər kodun arxasında istifadəçi psixologiyasını bilmək.
  • Texniki baxışla marketinq həlləri: SEO, SMM, Google Ads – bunların texniki altyapısını özün qurursan.
  • Məlumat əsaslı qərarlar: CRM və BI sistemlərindən çıxan dataları düzgün analiz edib strategiyaya çevirmək.   

 

                      

                MÜƏLLİF: IT məsələləri üzrə ekspert SƏKİNƏ İLQARQIZI