İstanbulda Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub - FOTO
08.05.2026

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar İstanbulda Heydər Əliyev Parkında ucaldılan abidəsi ziyarət olunub.

Ziyarətdə  Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Sarıyer Bələdiyyəsinin sədri Mustafa Oktay  Aksu, Sarıyer bələdiyyəsinin, konsulluğun və Azərbaycanın dövlət qurumlarının Türkiyədəki təmsilçiliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Tədbir iştirakçıları Türkiyə Respublikasının banisi Mustafa  Kamal  Atatürkün bu ərazidəki büstünü də ziyarət edərək önünə gül dəstələri qoyublar.

visiontv.az