Tehran İnqilab Məhkəməsinin 29-cu bölməsi fotojurnalist Yəlda Mpirini 15 il həbs cəzasına məhkum edib.
Bu barədə insan ahqları təşkilatları məlumat yayıb.
O, "İsrail və Amerikanın mənafeinə uyğun fəaliyyət"də günahlandırılıb.
Bununla yanaşı, fotojurnalistin şəxsi əşyalarının müsadirə olunması, həmçinin onun ömürlük ictimai və mədəni fəaliyyətlərdən məhrum edilməsi və daimi olaraq dövlət işində işləməsinin qadağan edilməsi barədə də qərar çıxarılıb.
visiontv.az