Anglo-Sakson dünyası, birincisi, Birləşmiş Krallıqdır (İngiltərə + Şotlandiya + Uels + Şimali İrlandiya). İkincisi, əhalisinin əsasən Anglo-Saksonlardan ibarət olduğu dörd ingilisdilli ölkə: ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiya. Üçüncüsü, Britaniya Millətlər Birliyi ölkələri (Kanada, Avstraliya və Yeni Zelandiyadan əlavə, daha 51 ölkə var). London elitasının əsas prioriteti 1776-cı ildə Britaniya Tacından müstəqillik elan edən Amerika Birləşmiş Ştatlarını Britaniya tacına qaytarmaq idi. 1833-cü ildə Londonda hökumətlə rəsmi əlaqəsi olmayan bir təşkilat olan Tac Agentləri (Crown Agents) yaradıldı. Bu təşkilat, ABŞ da daxil olmaqla, dünyanın bir çox ölkəsində Britaniya Tacının maraqları naminə çalışan agentlər şəbəkəsi qurdu.
Metyu Ehret, Kanada vətəndaşı və onun tarixi üzrə mütəxəssis kimi qeyd edir ki, 19-cu əsrdə Kanadada vətənpərvərlərin mövqeyi ABŞ-dakı qədər güclü idi. 19-cu əsrin ortalarında Kanadanın Britaniya Tacından müstəqillik bəyannaməsini qəbul edəcəyi görünürdü (1776-cı il Amerika bəyannaməsinə bənzər), lakin Britaniya agenti Con Aleksandr Makdonaldın dəstəyi sayəsində 1867-ci ildə Britaniyanın dominionu kimi vahid Kanadanın (dörd əyalət) yaradılmasını qanuniləşdirən bir konstitusiya qəbul edildi. Makdonald Britaniya vətəndaşı olaraq doğulduğunu və Britaniya vətəndaşı olaraq ölmək istədiyini söylədi. Bunlar "suveren" Kanadanın ilk baş nazirinin sözləridir. Metyu Ehret bunu kinayəli xəyanət adlandırır.
ABŞ-da Britaniya tərəfdarı olan beşinci kolonun təsiri 20-ci əsrdə Britaniyada gizli "Dəyirmi Masa" təşkilatını quran Sesil Rodsun köməyi ilə kəskin şəkildə artdı. Bu təşkilata ABŞ və Kanadadakı qruplar daxil idi. 19-cu əsrin sonlarında Vilfrid Lorye Kanadanın Baş naziri oldu və ölkəni Britaniya təsirindən azad etməyə çalışdı, lakin 1911-ci ildə devrildi. Lorye daha sonra yazırdı: "Kanada indi Londonda yerləşən və Toronto, Vinnipeq, Viktoriyada filialları olan Dəyirmi Masa (Round Table) kimi tanınan bir xunta tərəfindən idarə olunur." Dəyirmi Masa həmçinin Britaniyanın özündə də hökumətə tam nəzarəti ələ keçirdi. 1908-ci ildən 1916-cı ilə qədər Herbert Henri Askvit Britaniyanın Baş naziri vəzifəsində çalışdı, daha sonra onun yerinə Dəyirmi Masa tərəfindən Paris Sülh Konfransında elan edilən Versal Müqaviləsinin şərtlərini diktə etmək səlahiyyəti verilən itaətkar Devid Lloyd Corc gəldi.
Dəyirmi Masanı təmsil edən əsas ictimai xadim Lloyd Corca müşavir təyin olunmuş Lord Alfred Milner, Amerika Birləşmiş Ştatlarında bu şəxs Vudro Vilsona təyin edilmiş polkovnik Edvard M. Haus, prezident Trumana isə Bernard Barux təyin edilmişdi. Metyu Eretin geniş fikrinin əsas məğzi Londonun ABŞ-ı öz nəzarəti altına almağa nail olmasıdır. Yeri gəlmişkən, məşhur amerikalı ictimai xadim Lindon Laruş bu barədə uzun illər danışıb. Laruş Amerika isteblişmentini təkcə bir vaxtlar müstəqil olan Amerika Birləşmiş Ştatlarını Britaniya müstəmləkəsinə çevirməkdə deyil, həm də demokratiyanın qalıqlarını boğmaqda və ölkəyə faşizmi gətirməkdə günahlandırıb.
P.S. Yeri gəlmişkən 24 Avqust 1814-cü ildə Ağ Ev ingilislər tərəfindən yandırıldı. 15 gün sonra isə bu hadisənin 212-ci ili tamam olur. Davamı olacaq.
Pərviz Əliyev
visiontv.az