İsrail hərbçiləri Yəmənin şimal hissəsinə nəzarət edən "Ənsar Allah" islamçı hərəkatına aid husilərin yerləşdiyi yerə zərbələr endirib.
BAKU.WS xəbər verir ki, bu barədə dekabrın 19-da İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
"İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr kəşfiyyat xidmətləri və donanmanın rəhbərliyi altında həm Yəmənin qərb sahillərində, həm də ölkənin daha ucqar ərazilərində yerləşən Husi terror təşkilatına məxsus hədəflərə hücumlar həyata keçirib", - deyə ordudan bildirilib.
Visiontv.az