Misirin Qahirə şəhərində tarixi anın şahidliyini edirik. Azərbaycanın 2022-ci ildə üzvlük üçün müraciət etdiyi D8 təşkilatı hal-hazırda genişlənir. D8 ölkələri sırasına Azərbaycan rəsmən qoşulur və bununla ölkəmiz üçün yeni imkanlar açılır.
Azərbaycanın Qahirədə keçirilən inkişaf etməkdə olan ölkələrin təşkilatı olan D8 sammitində təşkilata üzv qəbul edilməsi ölkənin beynəlxalq mövqeyinin güclənməsi, iqtisadi inteqrasiya və regional təsirlər baxımından mühüm əhəmiyyətə malikdir.
D8 təşkilatı 1997-ci ildə inkişaf etməkdə olan müsəlman ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirmək məqsədilə yaradılıb. Bu ölkələr dünya əhalisinin 13%-ni və ya 1,1 milyard nəfərini təşkil edir.D8 ölkələri qlobal ÜDM-də 4%-dən çox paya sahibdir.Bu ölkələrin qarşılıqlı ticarət dövriyyəsi 130 mlrd dollardan artıqdır.
Azərbaycanın D8-ə üzvlüyü bu böyük bazardam faydalanmaq üçün yeni imkanlar açır.Azərbaycanın təşkilata üzvlüyü həmçinin investisiyaların cəlb edilməsinə də şərait yarada bilər. Azərbaycanın D8-ə qoşulması Qafqaz regionunun geosiyasi və iqtisadi dinamikasına da təsir göstərəcək.
Azərbaycanın D8-ə üzvlüyü üzvlər arasında ticarət dövriyyəsini artıcaq.Azərbaycanın D8 üzvlüyü eyni zamanda təşkilat üzvlərinin Qafqaz,MDB ölkələri arasında münasibətlərin dərinləşməsinə xidmət edəcək.
Aqil Məmmədov
visiontv.az