İsrail Milli Təhlükəsizlik Şurası xəbərdarlıq etdi: İran terror törədə bilər
03.04.2025

Xarici ölkələrdə yaşayan İsrail vətəndaşları və yəhudilər HƏMAS, İslaqm Respublikası və başqa terror təşkilatlarının hədəfinə çevrilə bilərlər.

Bu barədə İsrail Milli Təhlükəsizlik Şurası xəbərdarlıq edib.

"HƏMAS-ın vəziyyətinin ağırlaşması və Qəzzada toqquşmaların yenidən başlaması səbəbindən bu qruplaşma xaricdə terror əməllərini artıra bilər",- xəbərdarlıqda bildirilib.

Milli Təhlükəsizlik Şurası yəhudiiləri səyahət etməzdən əvvəl rəsmi təhlükəsizlik tövsiyələrini nəzərdən keçirməyə və lazımi tədbirlər görməyə çağırıb.

visiontv.az