Kirmanda ETTELAAT məmuru Qasım Hüseynzehi güllələnərək öldürülüb
09.04.2025

İranın Kirman şəhərində Sistan və Bəlucistan əyalətinin təhlükəsizlik və kəşfiyyat idarəsinin rəhbər şəxslərindən olan Qasım Hüseynzehi (Şəhnəvazi) güllələnərək öldürülüb.

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

"Ölkə daxilində və xaricində əməliyyat və kəşfiyyat qruplarına rəhbərlik edən Hüseynzehi, xüsusilə İran hökumətinə müxalif qruplara hücumlarda, mülki və siyasi fəalların həbsi və onlara qarşı cinayət işlərinin açılmasında mühüm rol oynayıb",- məlumatda bildirilib.

Hökumət məmurunun ölümü ilə bağlı hələlik heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8