İsrail kəşfiyyatından ABŞ-yə xəbərdarlıq: "İran kimyəvi silah tətbiq edə bilər"
04.11.2026

İsrail İranın kimyəvi silah tətbiq etməyə hazırlaşa biləcəyi barədə ABŞ-yə kəşfiyyat məlumatları təqdim edib.

Bu barədə "The New York Times" qəzeti  ABŞ rəsmilərinə və Fars körfəzi ölkələrinin nümayəndələrinə istinadən yazıb.

Bəzi nümayəndələr hesab edirlər ki, İsrail bu təhlükə barədə məlumatlardan  ABŞ Prezidenti Donald Tramp administrasiyasını İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə inandırmaq üçün istifadə edir. İsrail kəşfiyyat məlumatlarını Fars körfəzi ölkələri ilə də bölüşüb.

İsrail xüsusi xidmət orqanlarının qiymətləndirməsinə görə, İran kimyəvi silahların raketlərə yerləşdirilməsi və ya onların digər ölkələrə gizli şəkildə çatdırılması texnologiyalarının hazırlanmasını sürətləndirib.

visiontv.az