İsfahan məhkəmə sisteminin rəhbəri bildirib ki, düşmənlərə dəstək verməkdə ittiham olunan 100 nəfərə məxsus əmlakın müəyyən edilərək müsadirə olunması barədə göstəriş verilib.
Əsədullah Cəfəri həmin şəxsləri öz ifadəsi ilə desək, müxtəlif yollarla İrana qarşı düşmən fəaliyyətlərini dəstəkləmiş “vətən xainləri” adlandırıb.
O bildirib ki, bu tədbirlər İsfahan əyalətinin digər bölgələrində də davam etdiriləcək.
visiontv.az