İrəvanda ermənilərə tərs şillə: - Qondarma soyqırımı tanımırıq!!!
13.01.2020

İrəvandakı "ArmenPress" informasiya mərkəzində Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev mətbuat konfransındakı çıxışında qondarma erməni soyqırımını tanımadıqlarını deyib. O Ermənistan paytaxtında ermənilərə tarix dərsi verərək onları təhqir edib.

Visiontv.az xəbər verir ki, Timur Urazayev Qazaxıstanın erməni soyqırımını tanımadığını və belə bir soyqırımın olduğuna inanmadığını açıqlayaraq keçmişlə yaşamamağı tövsiyyə etmişdir.

Keçmişə dönsək, Sovet İttifaqı dövründə, Stalinin hakimiyyəti illərində törədilən "Qırmızı Terror" nəticəsində yüz minlərlə qazaxın ölümünə səbəb olan erməni əsilli Levon Mirzoyan əməllərinə görə cavab verməlidir. Qazaxıstan səfiri Ermənistanın paytaxtı İrəvanda ermənilərə tarix dərsi verərək, Türk və Turan dünyasına səs salacaq açıqlama verib: "Qazaxıstan erməni soyqırımını tanımır və belə bir soyqırımın olduğuna inanmır.

Soyqırım məsələsində dəfələrlə Ermənistan tərəfi, ölkəmizdəki "erməni icması" erməni soyqırımının tanınması üçün çoxsaylı müraciətlər edib. Fikrimizcə, 1915-ci ildə baş verən faciələri yenidən gündəmə gətirməyin heç bir mənası yoxdur. Əgər erməni tərəfi “soyqırım” məsələsinin tanınmasını istəyirsə, hansı dövləti günahkar bilirsə, ona müraciət etməsi daha düzgün olardı. 1920-1930-cu illərdə Qazaxıstan böyük bir fəlakətə uğradı. O illərdə Qazaxıstan Respublikası əhalisinin 40 faizi aclıq və soyuqdan həlak oldu. Bu zaman sovet rejiminin sərt siyasəti nəticəsində qazax xalqına qarşı tarixin ən dəhşətli soyqırımı gerçəkləşdi.

Ancaq biz keçmişə yox, irəliyə baxmağı seçdik. Əgər soyqırımlar məsələsi qaldırılarsa, ikinci bir sual ortaya çıxır. Günahkar kimdir? Biz gələcəyə baxırıq və düşünürük ki, zaman gələcək Türkiyə və Ermənistan arasında səmimi əlaqələr inkişaf edəcək. 30-cu illərdə Sovet hökuməti erməni əsilli Levon Mirzoyanı Qazaxıstan Kommunist Partiyasına rəhbər təyin etdi. Onun ilk işi qazax xalqının soyqırımı siyasətini həyata keçirmək idi. Onun rəhbərliyi ilə on minlərlə deyil, yüz minlərlə qazax “Qırmızı Terrorun” qurbanı oldu. Əlbəttə ki, Qazax xalqımıza qarşı “Qırmızı Terror" əmrini Stalin və Beriya vermişdilər. Ancaq bu dəhşətli cinayətləri həyata keçirən erməni əsilli Levon Mirzoyandır. 

Qazaxıstan səfiri Timur Urazayevin qondarma soyqırımı rədd edən və tarix dərsi verərək erməniləri təhqir edən açıqlaması Ermənistan mediasında gündəmə çevrilib. Erməni KİV-i Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevi “diktator" elan edib ..

kiriminsesigazetesi