İraqda İrana atılan ABŞ PUA-sı tapıldı
04.03.2026

İraqda yerli sakinlərin ABŞ-nin İrana qarşı həyata keçirilən “Epic Fury” əməliyyatı zamanı istifadə edildiyi bildirilən pilotsuz uçuş aparatını (PUA) aşkar etdikləri barədə məlumat yayılıb.

Mənbələrin bildirdiyinə görə, tapılan aparat Task Force Scorpion Strike tərəfindən istifadə edilən LUCAS tipli PUA-dır. Sosial mediada yayılan görüntülərdə pilotsuz aparatın yerə enmiş və ya zədələnmiş vəziyyətdə olduğu görünür.

Hadisənin hansı tarixdə baş verdiyi və aparatın hansı şəraitdə əraziyə düşdüyü barədə rəsmi açıqlama verilməyib.

visiontv.az