Ənvər Paşanın "20 vek" adlı rus jurnalının 1914-cü il sentyabr sayında (№ 39) dərc olunmuş fotoşəkli. Fotoşəklin altında belə yazılıb:
"Rusiyanın düşməni – Türk generalı Ənvər Paşa, Gənc Türklərin əsas ilhamvericilərindən biri”.
Maraqlı tarixi sənəddir, elə deyilmi?
Fotoşəkil I Dünya müharibəsinin başladığı ilk aylara təsadüf edir.
Bu dövrdə Rusiya və Osmanlı İmperiyaları artıq qarşıdurma ərəfəsində idilər.
Rus mətbuatı Ənvər Paşanı əsas hədəf və "düşmən" kimi qələmə verirdi.
Şəklin alıtna yazılmış “Rusiyanın düşməni" ifadəsi həm də Ənvər Paşanın Almaniya ilə yaxın ittifaq qurmasına, habelə Rusiyanın Qafqazdakı maraqlarına görədir. Ruslar artan türk millətçiliyindən ehtiyatlanır və Gənc Türklər hərəkatının ilham qaynağı olan gənc generaldan çəkinirdilər. Ənvər Paşanın "İttihad və Tərəqqi" partiyasındakı liderliyi, eləcə də onun 1908-ci il Gənc Türklər inqilabındakı fəallığı ni diqqətə alınmayacaq bir xüsuslar deyildilər.
Jurnalın Ənvər Paşanı klassik Osmanlı uniformasında, başında ay-ulduzlu qalpaqda verməkdəki məqsədi rus xalqını müharibəyə hazırlamaq idi.
Jurnalın bu sayının çıxmasından cəmi bir ay sonra – 1914-cü ilin oktyabrında Baş Qərargah rəisi Ənvər Paşanın əmri ilə Osmanlı donanması Rusiya limanlarını atəşə tutdu və bu, hər iki imperiya üçün fəlakətlə nəticələnəcək müharibənin başlanğıcı oldu.
Azərbaycan tarixi üçün Ənvər Paşanın xüsusi önəmi var.
1918-ci ildə Bakının bolşevik-daşnak işğalından azad edilməsi üçün Qafqaz İslam Ordusunu təşkil edən və qardaşı Nuru Paşanı Azərbaycana göndərən məhz o idi.
Məncə, rus mətbuatının Ənvər Paşanı "düşmən" adlandırmasının ən əsas səbəbi də elə onun Rusiya ekspansiyasına qarşı apardığı mübarizəsi idi.
İbrahim Nəbioğlu
visiontv.az