İranın aparıcı iqtisadi qəzeti “Donya-ye Eqtesad”ın keçirdiyi sorğu nəticəsində məlum olub ki, iranlıların böyük əksəriyyəti yaşayış dəyərinin kəskin artması və İran valyutasının ucuzlaşması səbəbindən hökumətin iqtisadi siyasətindən narazıdır.
“Respondentlərin 89%-i hökumətin iqtisadi siyasəti ilə razılaşdıqlarını “aşağı” və ya “çox aşağı” kimi qiymətləndiriblər”, - deyə avqustun 11-də qəzetdə sorğunun nəticələrinə həsr edilmiş məqalədə bildirilir.
İnsanlar yay vaxtı suyun evlərə böyük fasilələrlə verilməsini və mütəmadi olaraq yaşayış məntəqələrində elektrik enerjisinin kəsilməsinindən narazılıqlarını bildiriblər.
Qeyd etmək lazımdır ki, əvvəllər əgər qışın sərt keçdiyi zaman İranın əsasən şimal bölgələrində təbii qaz və elektrik enerjisinin fasilələrlə verilməsi baş verirdisə, artıq ikinci ildir ki, belə hallar yay aylarında da müşahidə edilir.
Ehtiyatlarına görə dünyanın ikinci qaz ölkəsi (Rysiyadan sonra) olan İran istehlakın pik dövründə qaz çatışmamazlığı üzündən istilik elektrik stansiyalarında mazut yandırmağa məcbur olur. Amma elektrik təsərrüfatında paylayıcı şəbəkə i frastrukturu köhnə olduğundan və bu sahəyə kapital qoyuluşu az edildiyindən elekteik enerjisinin texniki itkiləri normadan xeyli çoxdur. Nəticədə bir tərəfdən həm istehlakçıların fasiləsiz enerji ilə təmin etmək mümkün olmur, digər tərəfsən də neft emalı zavodlarında yanacağın istehsalı azalmağa başlayır (mazut rejimində zavodlar benzin və dizel istehsalını azaltmağa məcburdurlar). Bununla yanaşı həm də ekologiya neqativ təsirlərlə üzləşir.
İlham Şaban
visiontv.az