Ölkədə hər 4 nəfərdən biri psixi pozuntu və oxşar problemlərdən əziyyət çəkir.
Bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmmədrza Şalbafan məlumat verib.
Bu sahədə vəziyyətin ağır olduğunu deyən Şalbafan əlaqədar dövlət qurumlarını əməli addımlar atmağa çağırıb.
"Psixi zədələrin azaldılması sahəsində bütün qurumlar ciddi şəkildə planlaşdırma aparmalı və addımlar atmalıdır",- deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəlki statistikalara görə, İranda depressiyadan əziyyət çəkənlərin sayı sürətlə artır.
Bu səbəbdən də, ölkədə intihar sayında da kəskin artım qeydə alınıb
Belə ki, son 7 il ərzində intihara cəhd edən yüzminlərlə iranlının 40 mini özünə qəsd nəticəsində həyatını itirib.
Psixoloqlar bunun gələcəyə ümidsizlik, yoxsulluq, işsizlik və başqa bu kimi problemlərlə irəli gəldiyini bildirirlər.
visiontv.az