“İranla bağlı diplomatik həll yolu hələ də mümkündür”
25.11.2026

Almaniya kansleri Fridrix Merz İranla bağlı münaqişənin diplomatik yolla həllinin hələ də mümkün olduğunu bildirib.

Merz bu barədə Berlində mətbuat konfransında danışıb.

“Diplomatik həll yolu hələ də mümkündür. Bu, bölgədə sabitliyin bərpası və Qətər xalqının yenidən təhlükəsizlik şəraitində yaşaması üçün zəruridir. Bu həll Almaniya üçün də vacibdir, çünki biz əlverişli və etibarlı enerji mənbələrindən asılıyıq”, – deyə kansler vurğulayıb.

visiontv.az