İranın 67 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, məhbuslar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.
Aclıq aksiyası 148-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.
Qeyd edək ki, İran İnsan Haqları Təşklatının son hesabatına görə cari ilin əvvəlindən bu günə kimi İran həbsxanalarında 800-ə yaxın məhbus edam edilib. Dar ağacıdan asılanların siyahısında 23 qadın, 28 xarici vətəndaş, 41 etirazçı və 15 siyasi məhbusun da adı var.
visiontv.az