İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadı 15 min dollarlıq qızıl qələm oğurlayıb
16.04.2025

Aprelin 12-də Omanın paytaxtı Maskatda ABŞ və İran nümayəndələri arasında keçirilən danışıqlar zamanı İranlı diplomat, xarici işlər nazirinin müavini Kazım Qəribabadı masa üzərində olan 15 min dollarlıq qızıl qələmi oğurlayıb.

Bu barədə Omanın "Tayms" nəşri məlumat yayılıb.

İranın Maskatdakı səfiri Musa Fərhəng, yayılan məlumatı təkzib edib və danışıqlar zamanı masa üzərində qələm olmadığını deyib.

O, Oman Xarici İşlər Nazirliyinə məktub yazaraq məsələnin təkzib edilməsini istəyib.

Səfir mediaya verdiyi açıqlamada masa üzərində qələm olmadığını bildirsə də, Oman Xarici İşlər Nazirliyinə yazdığı məktubda buna zidd ifadə işlədib.
 
"Kazim Qəribabadinin qələmi oğurlamaq niyyəti olmayıb, sadəcə protokol əsasında danışıqlar aparan tərəflərə verilən avtoqrafı o, həmişəki kimi tamamilə səhvən cibinə qoyub",- məktubda bildirilib.

Qələm oğurluğu barədə məlumatın yayılmasından sonra İran mediası hadisənin oğurluq olmadığını və Qəribabadinin səhvən qələmi cibinə qoyduğunu bildirsə də, sonradan məlumatın tamamilə əsassız olduğunu və bunu müxalif qüvvələrin uydurduğunu yazıb.

Qeyd edək ki, bundan əvvəl də Kazim Qəribabadinin xarici səfərlər zamanı "səhvən" qələm oğurlaması barədə bir neçə dəfə məlumat yayılıb.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8