İranın nüvə obyektlərinə kiber hücumlar olub
16.10.2024

İranın dövlət qurumları və təsistlarına , o cümlədən, ölkənin nüvə obyektlərinə qarşı geniş kiberhücumlar həyata keçirilib.

Bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb.

Bildirilib ki, hücumlar bundan əvvəl dövlət qurumlarına keçirilən hücumlarla müqayisədə daha geniş və əhatəlidir.

Qeyri-rəsmi məlumatlara görə, hücumlar İsrail hakerləri tərəfindən edilib.

Bunun İsrailin İranın raket hücumlarına cavab zərbələri öncəsi dövlət qurumları və nüvə obyektlərinin müdafiə sistemlərinin zəiflədilməsi məqsədilə həyata keçirildiyi ehtimal olunur.

İranın rəsmi mediası məsələ ilə bağlı hər hansı məlumat yaymayıb.

visiontv.az