İranın sabiq prezidenti Mahmud Əhmədinejad bacısının anım mərasimində jurnalistlə yaşanan qısa dialoqla yenidən gündəmə gəlib.
“Ensaf News” saytının müxbiri ona “Milli birliyi qorumaq üçün tövsiyəniz nədir?” sualını ünvanladıqda, Əhmədinejadın mühafizəçisi müdaxilə edərək “Müsahibə verməmək daha yaxşıdır” deyib.
Jurnalist sualı təkrarladıqda isə Əhmədinejad müxbirə diqqətçəkən cavab verib: “Onun dediklərinə qulaq asdınızmı?!”
Hadisə sosial şəbəkələrdə və yerli mediada geniş müzakirələrə səbəb olub. Uzun müddətdir mediaya açıqlama verməyən keçmiş prezidentin çıxışlarının məhdudlaşdırıldığı və ona rəsmi şəkildə müsahibə verməyin qadağan edilməsi ilə bağlı ehtimallar güclənib.
visiontv.az