İranın əsas neft kəməri dağıdıldı
02.03.2026

İranın Əhvaz şəhərində yerləşən boru neft kəməri ABŞ-ın hava hücumuna məruz qalıb.

Bu barədə İran mediası məlumat yayıb.

Hadisənin təfərrüatları barədə hələlik açıqlama verilməyib.

Bunun İranın Səudiyyə Ərəbistanındakı Aramko neft obyektinə hücumuna cavab olduğu barədə iddialar səsləndirilib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın lideri Əli Xamənei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

visiontv.az