İran dronları Qətərin enerji obyektlərinə hücum edib
02.03.2026

İran Qətərin enerji infrastrukturunu hədəf alıb.

Visiontv.az Qətər Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, İranın iki  PUA-sı ölkədə enerji obyektlərinə hücum edib, onlardan biri  “Qatar Energy” neft-qaz şirkətinə məxsusdur.

Ölü və yaralıların olmadığı bildirilib.

“Dəymiş ziyan qiymətləndiriləcək və rəsmi açıqlamalar veriləcək”, - MN-dən bildirilib.

visiontv.az