İranda su böhranı: Xəbərdarlıq edildi
14.04.2025

İranda su çatışmazlığı böhran həddinə çatıb və vətəndaşlara içməli sudan istifadədə qənaət etmələri istənilib.

Bu qəbldən olan çağırışlardan birini Tehran fəmandarı (icra hakimi) Hüseyn Xoşiqbal səsləndirib.

"Bəndlər və anbarlarında olan su miqdarı ən aşağı səviyyəyə enib və içməli sudan istifadədə qənaət edilmədiyi təqdirdə yay ayları çox ağır keçəcək",- o bildirib.

3 gün əvvə isə İran Su Şirkətinin sözçüsü İsa Bozorgzadə oxşar bəyanatla çıxış edib və sudan çox istifadə edən vətəndaşların cəzalandırılacağını söyləyib.

Qeyd edək ki, hazırda İranda su anbarlarında suyun həcmi minimum həddə çatıb və yay aylarında suyun kvota ilə verilməsi planlaşdırılır.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8