İsrail rəsmisi: “İranın nüvə proqramını pozmaq üçün məhdud zərbə endirilə bilər”
21.04.2025

Adı açıqlanmayan İsrail rəsmisi “Reuters” agentliyinə bildirib ki, Təl-Əviv Tehranın nüvə proqramını dayandırmaq məqsədi ilə İrana məhdud hücumun həyata keçirilməsini istisna etmir.

O, İsrailin baş naziri Benyamin Netanyahunun İranın nüvə proqramı ilə bağlı mövqeyinə toxunaraq deyib: “Netanyahu təkid edir ki, İranın nüvə proqramının ləğvi ilə bağlı istənilən razılaşma bu proqramı tamamilə dayandırmalıdır”.

İsrail rəsmisi sonda vurğulayıb ki, “Təl-Əviv İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıdır".

visiontv.az