İranda ölənlərin sayı 1 332 nəfərə çatıb
06.03.2026

ABŞ və İsrailin İrana aviazərbələri nəticəsində ölənlərin sayı 1 332 nəfərə çatıb.

Visiontv.az  APA -ya istinadən xəbər verir ki, bu barədə İran Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb.

Məlumatda bildirilir ki, hədəfə alınan obyektlərin ən azı 105-i mülki təsisat olub. Onların arasında 14 tibb mərkəzi və Qırmızı Ayparaya məxsus 7 bina olub.

Qeyd edilib ki, davam edən əməliyyatlar zamanı ən azı 174 yaşayış məntəqəsi zərbəyə məruz qalıb.

visiontv.az