İranda Livanın Hizbullah terror təşkilatının İsrail tərəfindən öldürülən rəhbəri Həsən Nəsrullahın posterləri yandırılır.
Bu barədə sosial media platformalarında videolar paylaşılıb.
Bildirilib ki, vətəndaşlar terror təşkilatının Tehran şəhərinin müxtəlif yerlərində quraşdırılan böyük posterlərinə od vurublar.
Bu, Əli Xaməneinin bu gün cümə namazındakı çıxışı öncəsi təhlükəsizlik tədbirlərinin gücləndirildiyi ilə eyni vaxtda baş verib.
visiontv.az