Xuzistan əyalətinin Dezful şəhərində kişi və qadınların birlikdə rəqs etdiyi görüntülərin sosial mediada yayılmasından sonra iki restoranın fəaliyyəti dayandırılaraq obyektlər möhürlənib.
Məlumata görə, şəhər kənarında yerləşən restoranlar məhkəmə qərarı ilə bağlanıb. Buna səbəb sosial şəbəkələrdə həmin müəssisələrdə kişi və qadınların birlikdə rəqs etdiyini əks etdirən videoların, eləcə də səlahiyyətli orqanların “uyğunsuz” hesab etdiyi reklamların yayımlanması olub.
Hər iki restoranın sahibi və idarəçiləri barəsində hüquqi proses başladılıb.
visiontv.az