İranda dolanışıq faciəsi: yanacaq daşıyanların təhlükəli həyatı
23.04.2026

Sistan və Bəluçistan əyalətində uzun illərdir davam edən quraqlıq və ağır iqtisadi durum bir çox kənd sakinini təhlükəli dolanışıq yoluna – yanacaq daşımağa məcbur edib. Yerli əhali Pakistana aparan sərhəd yollarında qeyri-rəsmi yanacaq ticarəti ilə məşğul olur.

Kənd təsərrüfatı və heyvandarlığın əsas gəlir mənbəyi olduğu bölgədə indi çox sayda kişi və yeniyetmə motosikletlərlə uzun səhra və qayalı dağ yolları boyunca yanacaq daşıyır. Bu şəxslərin bir qismi Xaş, İranşəhr və Mehrestan kimi şəhərlərdən Səravan və sərhəd zonalarına çatmaq üçün saatlarla yol qət edir.

Onlar motosikletlərlə 180 litrə qədər yanacaq daşıyırlar. Bu iş həm fiziki cəhətdən ağır, həm də yüksək risklidir. Dik və keçilməz yollar, sürüşmə və yıxılma halları ciddi xəsarətlər, bəzən isə ölümlə nəticələnir. Bu təhlükəli səfərin tam gediş-gəlişindən əldə edilən qazanc isə təxminən 10 dollar təşkil edir.

visiontv.az