Vaşinqton İrana yaxın qruplara təzyiq göstərmək məqsədilə Bağdadla dollar köçürmələrini və bir sıra təhlükəsizlik sahələrində əməkdaşlığını dayandırıb.
Bu barədə "Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, ABŞ Maliyyə Nazirliyi Nyu-York Federal Ehtiyat Sistemindəki hesablarda saxlanılan İraq neft gəlirlərindən təxminən 500 milyon dolların köçürülməsini bloklayıb.
Vaşinqton həmçinin Bağdada silahlı qrupların hücumları dayandırılana və İraq hökuməti onları cilovlamaq üçün tədbir görənə qədər terrorizmə qarşı mübarizə və hərbi təlim proqramlarının maliyyələşdirilməsini dayandıracağını bildirib.
visiontv.az