Tehran İnqilab Məhkəməsinin 23-cü bölməsi yanvar etirazları zamanı həbs edilən daha üç nəfər barəsində edam hökmü verib.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Hazırda Kərəcin Qızılhisar həbsxanasında saxlanılan Hüseyn Pərvin, Əmirhüseyn Qulamşahi və Hüseyn Cəfəri "İsrailin xeyrinə fəaliyyət"də ittiham olunublar.
Adı çəkilən şəxslər yanvar ayında saxlanılaraq Tehran həbsxanasına, bir müddət sonra isə Qızılhisar həbsxanasına köçürülüblər.
visiontv.az