Sərdar Azmunun əmlakı müsadirə edildi.
İran adlanan ölkədə rejimi dəstəkləməyən idmançılara və hökumətə qarşı çıxan şəxslərə təzyiqlərin davam etdiyi bildirilir. İran mediası Məhkəmə Hakimiyyətinə istinadən xəbər yayıb ki, Türkmən Səhralı tanınmış futbolçu, milli komandanın hücumçusu Sərdar Azmunun bütün mal varlığı və əmlakı onun Dubay rəsmiləri ilə görüşdüyü iddiasına görə müsadirə olunub.
Bəzi mənbələr isə onun barəsində daha ağır cəza, hətta ölüm hökmü ehtimalının da müzakirə edildiyini bildirirlər.
visiontv.az
