İranda 14 məhbus edam edilib
11.04.2025

İranın Şiraz, Kirmanşah, Qunabad, Əliqudərz, Məşhəd və İranşəhr şəhərlərinin həbsxanalarında 14 məhbus edam edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Edam edilənlər narkotik maddələrin alveri və qətldə günahlandırılıblar.

Məşhədin Vəkilabad həbsxanasında edam edilən 5 nəfərdən 3-nün qadın olduğu bildirilib.

Qeyd edək ki, 2024-cü ildə İranda 972 məhbus edam edilib və bu ötən il dünyada edam cəzalarının 64%-ə bərabərdir.

Beynəlxalq Əfv Təşkilatı yaydığı bəyanatda edam sayına görə İranın dünyada birinci yerdə olduğunu bildirib.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8