Britaniya İran rejiminin fəaliyyətinin yaratdığı daxili təhdidlərə qarşı əlavə sanksiyalar tətbiq edib.
Bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat yayılıb.
"Sanksiyalar İsveçdə İslam Respublikasının dəstəyi ilə fəaliyyət göstərən Foxtrot bandasını və onun lideri Rava Məcidi Avropada hədəflərə qarşı hücumlarda oynadıqları rola görə sanksiyalara məruz qoyuv",- məlumatda bildirilib.
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi aprelin 14-də verdiyi bəyanatda ölkəsinin İran təhdidlərinə dözməyəcəyini deyib:
"İran rejimi insanları təhdid etmək üçün bütün dünyada cinayətkar dəstələrdən istifadə edir. Böyük Britaniya bu cinayət şəbəkəyə və onun lideri Rava Məcidiə İslam Respublikası adından Avropadakı yəhudi və İsrail hədəflərinə qarşı zorakılıqda iştirakına görə sanksiyatətbiq edir".
Bir müddət əvvəl ABŞ də İsveçdə fəaliyyət göstərən İrana bağlı cinayətkar "Fokstrot" şəbəkəsi və dəstənin axtarışda olan başçısına qarşı sanksiyalar tətbiq edib.
Qeyd edək ki, "Fokstrot" şəbəkəsi İsveçdə ən təhlükəli cinayətkar dəstələrdən biridir və ölkədə silahlı münaqişələrə, sifarişli qətllərə və geniş yayılmış zorakılığa səbəb olub. Bu qrup həm də Avropada narkotik və silah ticarəti ilə məşğul olan ən mühüm təşkilatlardan biri kimi tanınır.
Ötən il İsveçdə İsrailin maraqlarına qarşı bir neçə hücumdan sonra Stokholm SEPAH-ın terrorçu təşkilatı elan edilməsini tələb edib.
Son bir ildə Stokholmdakı İsrail səfirliyinə qarşı üç hücum olub, son altı ayda isə İsrailin hərbi texnologiya şirkəti iki hücumun hədəfinə çevrilib.
İsveçin Kəşfiyyat Agentliyi (Sapo) İranı İsrailə və İsveçdəki digər hədəflərə qarşı zorakı cinayətlər törətmək üçün İsveç cinayətkar dəstələrinin üzvlərini işə götürməkdə ittiham edib.
Hücumların arxasında İranın dəstəklədiyi deyilən "Fokstrot" cinayətkar dəstənin əli olduğu ehtimal olunur.
visiontv.az