İran XİN: Trampın məktubunun məzmunu açıqlamaq fikrimiz yoxdur
17.03.2025

Hazırda ABŞ Prezidenti Donald Trampın məktubunu mediaya yaymaq fikrimiz yoxdur.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında deyib.

“Trampın məktubunun məzmununu açıqlamaq fikrimiz yoxdur. Məktubun məzmunu Trampın ictimai bəyanatları ilə yaxından üst-üstə düşür”, - İran XİN rəsmisi bildirib.

Onun sözlərinə görə, araşdırmalar başa çatdıqdan sonra məktuba müvafiq şəkildə cavab veriləcək.

Qeyd edək ki, Donald Tramp martın 6-da İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə məktub göndərdiyini və nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verdiyini açıqlayıb. Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik müşaviri martın 12-də Trampın məktubunu İrana çatdırıb.



Gündəlik

slide 7 to 10 of 8