Hakim Həsən Kəriminin rəhbərlik etdiyi Ərdəbil Şəhər Xalq və İnqilab Prokurorluğunun Onuncu İstintaq Bölməsi azərbaycanlı milli fəallar Yusif Kari, Tohid Əmiramini və Hadi Təvəkülinin həbsinə qərar çıxarıb.
Məhkəmə Yusif Karini “ictimai asayişi pozmaqda, vəzifə yerinə yetirərkən zabitlərə tabe olmamaqda, müqəddəs yerləri təhqir etməkdə”, Tohid Əmiramini və Hadi Təvəkülini isə “yalan məlumat yaymaqda” ittiham edib.
Yusif Kari məhkəmə zamanı ittihamları qəbul etmədiyini, hətta məhkəmə prosesinin görüntü xətrinə keçirildiyini bildirərək özünü müdafiə etmək istəmədiyini deyib.
Bundan əvvəl Ərdəbil və Evin həbsxanalarında cəzalarını çəkən, müvafiq olaraq 2 və 5 il həbs cəzası alan Yusif Kari və Tohid Əmiramini yeni məhkəmə işini ədalətsiz və qanunsuz hesab edərək, İranda ədalətli və müstəqil məhkəmə sisteminin olmadığını nəzərə alaraq, belə bir məhkəmə şousunda iştirak etməyəcəklərini bəyan ediblər.
visiontv.az