Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəassisələrində kitabxana müdiri/kitabxanaçı, laborant, çağırışaqədərki hazırlıq rəhbəri vəzifələrinə, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin qeydiyyat mərhələsinə start verilir.
Bu barədə Visiontv.az-a MÜTDA-dan məlumat verilib.
Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 18 mart - 06 aprel 2025-ci il tarixlərində qeydiyyatdan keçə bilərlər.
Namizədlər aşağıda qeyd olunan linklər vasitəsilə müsabiqəyə dair məlumatlarla tanış ola və qeydiyyatdan keçə bilərlər.
Müsabiqə üzrə ümumi məlumat:
Vəzifə |
Müsabiqə üzrə məlumat |
Qeydiyyat |
Ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı |
|
|
Ümumi təhsil müəssisələrində laborant |
|
|
Ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı rəhbəri |
|
|
Məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri |
|