İran səfiri Stokholmdan qovulsun
17.10.2024

İsveçin Avropa Birliyindəki nümayəndəsi Çarli Veymer, ölkənin xarici işlər naziri Mariya Stenerqarə ünvanladığı mesajda İranın Stokholmdakı sıfirliyinin ölkədən qovulmasını istəyib.

Çarli Veymer, bu tələbli özünün X hesabındakı paylaşımında irəli sürüb.

İsveçin Avropa Parlamentindəki nümayəndəsi İranın hökumətinin İsveçdə terror hücumları həyata keçirmək üçün cinayətkar dəstələr yaratdığını deyib.

Qeyd edək ki, İsveçin baş naziri Ulf Kristersson Avropa Birliyindən SEPAH-ın terror təşkilatı elan edilməsini istəyib.

Bu, bir neçə gün əvvəl İsrailin Stokholmdakı səfirliyi yaxınlığında baş verən atışmadan sonraya təsadüf edir.

İsveç Təhlükəsizlik Xidməti hücumların İrana bağlı terrorçular tərəfindən edildiyinə dair dəlillər olduğunu bildiriblər.

visiontv.az