İran polisi 9 yaşlı uşağı güllələdi
28.09.2026

Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində polisin atəşi nəticəsində yaralanan 9 yaşlı Məhəmməd Əmin Dehqan xəstəxanada həyatını itirib.

Bu barədə insan ahqları təşkilatları məlumat yayıb.

Onun sentyabrın 25-də şəhərin Cahadabad bölgəsində baş verən silahlı qarşıdurma zamanı atası İshaq Dehqanın şəxsi avtomobilində güllələndiyi bildirilib.

Məhəmməd Əminin atası İshaq Dehqanın da yaralandığı və hazırda xəstəxananın reanimasia bölməsində müalicə olunduğu qeyd edilib.

Xatırladaq ki, sentyabrın 25-də İranşəhrin Cahadabad bölgəsində SEPAH üzvləri ilə bəlucların "Xalq Mübarizləri Cəbhəsi" arasında silahlı qarşıdurma olub. Hər iki tərəfdən bir neçə nəfər ölüb və yaralanıb.

visiontv.az