İran- Azərbaycan sərhədində, Arazın cənubunda İranın ballistik raket buraxılış qurğuları müşahidə olunub.
Bu haqda sosial media şəbəkəsində məlumat və fotolar paylaşılıb.
Mənbələrin yaydığı fotoda bir raket buraxılış qurğusu və bir neçə hərbi maşın görünür.
Azərbaycan hökuməti isə bazar günü rəsmi media vasitəsilə hər hansı bir xarici təcavüzə sərt cavab verəcəyini açıqlayıb.
İranın rəsmi mediasında bu barədə hər hansı məlumat yayılmayıb.
Qeyd edək ki, İranın dövlət mediası Müctəba Xamenei ilə yüksək rütbəli hərbi komandirlər arasında görüş keçirildiyi barədə məlumat yayıb.
Məlumata görə, komandirlər həmin görüş zamanı şimal-qərb sərhədlərindəki qüvvələrin hazırlığı barədə məlumat veriblər.
visiontv.az