İntensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib
12.06.2024

İntensiv yağışlar nəticəsində bəzi çaylardan sel keçib

İyunun 12-də gecə İsmayıllı  rayonu ərazisindən axan Girdimançay-Qaranohur, Quba rayonu ərazisindən axan  Vəlvələçay-Təngəaltı və Şabran rayonu ərazisindən axan Gilgilçay-Şabran məntəqələrindən sel keçib.

Milli Hidrometeorologiya  Xidmətindən  verilən xəbərə görə, hazırda da Quba rayonu ərazisindən axan Qudiyalçay-Qımıl məntəqəsindən sel keçir.

visiontv.az