İlham Əliyev Berlində Şoltsla görüşəcək
19.04.2024

Aprelin 26-da Berlində Almaniya kansleri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.

Visiontv.az  Axar.az-a istinadən  xəbər verir ki, bu barədə  Almaniya Nazirlər Kabinetinin rəsmisi Şteffen Hebeştrayt məlumat verib.

“Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, xarici siyasət, təhlükəsizlik, o cümlədən iqtisadi və enerji mövzuları müzakirə olunacaq”, - Hebeştrayt bildirib.

visiontv.az