Husilərlə Səudiyyə Ərəbistanı arasında müharibənin başa çatması üçün real şans
Husilərlə Səudiyyə Ərəbistanı arasında müharibənin başa çatması üçün real şans
07.04.2022 Kənan Rövşənoğlu Tərəfindən

Yəmənin 2014-cü ildə husilər tərəfindən devrilmiş, ancaq formal olaraq Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Əbdürrəbbi Mansur Hadi hakimiyyətdən əl çəkib.

O səlahiyyətlərini yeni yaradılacaq rəhbərlik şurasına verib. Bir neçə gündür SƏudiyyə Ərəbistanında Yəməndə siyasi keçid müzakirələri başlamışdı və bu səbəblə atəşkəs elan olunub. Belə görünür ki, müzakirələrdə müsbət nəticə var və ilkin olaraq Hadini uzaqlaşdırırlar.

Doğrudur, husilər Səudiyyəy Ərəbistandakı danışıqlara qatılmayıb. Ancaq bu qərarın İran-Səudiyyə Ərəbistanı danışıqlarının nəticəsi olduğu və müharibənin başa çatması üçün atılan addım hesab etmək olar. Bundan sonra güman ki, ciddi problemlrə olmasa siyasi keçid və yeni hökumət müzakirələri başlaya bilər. Əlbəttə, husilərin reaksiyası mühüm əhəmiyyət kəsb edəcək.

Siyasi şərhçi Kənan Rövşənoğlu

Visiontv.az